Yusuf Səfərov küçəsində piyadalara qarşı mənəvi terror
Tarix: 31.05.2021 / 17:52 •
Oxundu: 306 dəfə •
Xətai rayonu Yusif Səfərov küçəsi boyunca Bakı Baş Polis İdarəsi, "Azəriqaz" İB-nin Baş Ofisi, Azərbaycan Beynəxalq Bankı, TƏBİB kimi bir çox dövlət strukturlarının inzibati binaları yerləşir. Diqqətimizi cəlb edən həmin inzibati binaların önündə baş verən piyadalara qarşı hər gün həyata keçirilən mənəvi terror tendensiyasıdır.
Həmin küçədən qarşı tərəfə keçmək üçün yerüstü keçidin olmaması və avtomobillərin sıx hərəkət etdiyi bir yerdə, elə məhz Azərbaycan Beynəxalq Bankının qarşısında vətəndaşlar, turistlər,o cümlədən məktəbli uşaqlar, uşaq arabası ilə hərəkət edən analar, yaşlı qadınlar və əlil arabası ilə hərəkət edən fiziki qüsurlu isnanlar yayın bu istisində səki ilə sərbəst hərəkət edə bilmirlər.
Sual verə bilərsiniz ki, nə üçün hərəkət edə bilmirlər?
Məgər yolu təpəgöz kəsib?
Əsla.
Təpəgözün nə həddinə ki, günün günorta çağı yolu Vüsal Kərimlidən xəbərsiz kəsə bilsin?
Təpəgözün tək gözünü çıxarıb ovcuna qoyarlar. Bəs onda səbəb nədir?
Səbəb çox sadə, yəni minik avtomobilləri piyadaların yolunu kəsməsindədir. Fotodan da göründüyü kimi ağ rəngli, "Wolkswagen" markalı 99 NT 038 dövlət nömrə nişanlı və qara rəngli "Hyundai" markalı 90 AZ 059 dövlət nömrə nişanlı avtomobillər piyadaların sərbəst keçidinə bilərəkdən maneə yaradırlar.
Bir neçə saatlıq müşahidəmiz göstərdi ki, yolla hərəkət edən piyadalar avtomobillərin arası ilə sivişib keçir bir qismi. Əlində yükü olanlar isə avtomobil yoluna çıxıb manevr edərək yollarına davam edirdilər. Uşaq arabası və əlil arabası ilə hərəkət edənlərin işi isə lap zülm idi. Onlar ümumiyyətlə binanı dövrə vurlamlı olurdular. Çünki səkinin pillə olan hissəsi tamamilə kəsildiyindən və sol hissədə baryer olduğundan onların başqa seçimi qalmırdı.
Həmin avtomobillərin sahibləri bildirdilər ki, maşınları səkinin bu hissəsində saxalamaq üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) aylıq pul ödəyiblər.
Elədirsə maraqlıdır, görəsən bu pullar dövlətin büdcəsinə gedir yoxsa Vüsal Kərimlinin cibinə axır?
Nəzərə alsaq ki, bu cür hallar şəhərin müxtəlif hissələrində yerləşən ticarət obyektlərində, dövlət idarələrində və ictimai iaşə orqanlarının yerləşdiyi səkilərdə müşahidə olunur, o zaman əmin olmaq olar ki, sürücülərin dediyi doğrudur.
Qarşı tərəfin söz haqqını tanıyırıq.
Göründüyü kimi, bu ay Formula 1-ə görə Bakının bəzi mərkəzi küçələri bağlanıb. Bunu fürsət bilən bəzi məmurlar isə "dərə xəlvət, tülkü bəy" deyib qarşılarında açılan bu imkandan geninə-boluna istifadə etməyə çalışıb ciblərini doldurmaqla məşğuldurlar.
Sofia Sofulu