Bu gün:


Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur

Tarix: 10.10.2020 / 09:00  •   Oxundu: 117 dəfə  •  

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.
idealmedia.az-ın  Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edib.
Görüş 10 saatdan artıq davam edib. Görüşün yekunu ilə bağlı birgə Bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab olaraq və Putinin Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan baş naziri Nikol Paşinyanla əldə etdiyi razılıqlara müvafiq olaraq bu gün Azərbaycan və Ermənistan tərəfi aşağıdakılar üzrə razılığa gəliblər. Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Həmçinin Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyir.
Görüş 10 saatdan artıq davam edib. Görüşün yekunu ilə bağlı birgə Bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.