Bu gün:


Səmayə Məmmədova istefa verdi

Tarix: 02.06.2021 / 18:25  •   Oxundu: 140 dəfə  •  

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
O bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam".