PAŞİNYAN VƏZİFƏSİNDƏN İSTEFA VERDİ
Tarix: 25.04.2021 / 11:28 •
Oxundu: 97 dəfə •
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verib.
İDEAL Media.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsindəki canlı yayımda bildirib.
Mövcud Konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız Baş nazir istefa verdikdə mümkündür.
“Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm”, - o deyib.
Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb.
Xatırladaq ki, martın 18-də N.Paşinyan iyunun 20-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini bəyan etmişdi.