Bu gün:


İsrail maskadan tamamilə imtina edir

Tarix: 07.06.2021 / 12:42  •   Oxundu: 73 dəfə  •  

İsraildə qapalı məkanlarda maska taxmaq məcburiyyəti yoluxma hallarının gedişatından asılı olaraq iyunun 15-də ləğv ediləcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, yoluxma halları olduqca azdır və bu xətt üzrə davam edərsə, maska məcburiyyəti tamamilə aradan qaldırılacaq.

Qeyd edək ki, İsraildə əhalinin hamısı peyvənd olunub.