Bu gün:


İSRAİLDƏ-APRELİN 18-DƏN ARTIQ AÇIQ HAVADA MASKA TAXILMAYACAQ

Tarix: 16.04.2021 / 10:26  •   Oxundu: 133 dəfə  •  

İsrail Səhiyyə naziri  Yuliy Edelşteyn küçədə qoruyucu maskalardan istifadə etmə məcburiyyətinin ləğv edilməsi barədə göstəriş verib.
 
İDEAL Media.az-ın yerli mediaya istinadla verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin bu fərmanı 18 aprel - bazar günündən etibarən qüvvəyə minəcək. Y.Edelşteynin sözlərinə görə, çoxsaylı məsləhətləşmələr zamanı aparıcı mütəxəssislər bundan sonra açıq havada qoruyucu maskalardan istifadə edilməsinə ehtiyac olmadığını bildiriblər. Və bununla əlaqədar olaraq Səhiyyə Nazirliyinin rəhbəri müvafiq fərmanı ləğv edib.
 
Səhiyyə naziri ölkədə uğurlu peyvənd kampaniyası səbəbindən “COVID-19”-a yoluxma hallarının tamamilə azaldığını qeyd edib. Lakin o, israilliləri qapalı yerlərdə  hələ də maskalardan istifadə etməyə çağırıb.
 
15 aprel cümə axşamına olan məlumata görə,  İsraildə cəmi 3008 nəfər koronavirus xəstəsi olub. Eyni zamanda sutka ərzində 199 yeni yoluxma qeydə alınıb.
 
Müsbət testlərin sayı yalnız 0.3% olub. Hazırda ölkədə cəmi  219 nəfər ağır “COVİD-19” xəstəsi qalıb.