Ermənilər Şuşanın Salatınkəndinə su çəkməyə hazırlaşır...
Tarix: 10.06.2021 / 10:12 •
Oxundu: 135 dəfə •
Kəndə qanunsuz olaraq Laçın rayonunun Köhnəkənd kəndində məskunlaşmış 1 erməni ailəsi və Xocavənd rayonunun "Arşat" adlandırılan kəndindən 2 erməni ailəsi köçürülüb...
Azərbaycan Respublikasının Şuşa rayonunun hazırda rəsmən Rusiya sülhməramlılarının nəzarətində olan 36 kəndindən biri olan Salatınkənd kəndində ermənilər yaşamaqda davam edir.
İDEAL Media.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Laçın-Şuşa-Xankəndi yolunun üzərində, Laçından təxminən 10-11, Şuşadan isə təxm. 30 km məsafədə yerləşən Salatınkənddəki məktəbdə 14 erməni şagird təhsil alır.
Sakinlərin ümumi sayı bildirilmir. Hələ 2020-ci ilin dekabrında kəndin qanunsuz rəhbəri Artak Akopyanın verdiyi məlumatda kənddə 44 günlük savaşdan əvvəl təxminən 180 erməni yaşadığını, həmin vaxt isə 60 nəfərin qaldığını bildirib.
Son açıqlamasında isə A.Akopyan kənddə ciddi problem olmadığını, su, işıq və qazın olduğunu bildirib. Lakin müəyyən qədər su çatışmazlığını nəzərə alaraq Salatınkəndə yeni su kəmərinin çəkilməsi planlaşdırılır.
Məlumatda diqqətəlayiq məqamlardan biri də odur ki, 10 Noyabr razılaşmasından sonra Salatınkəndə qeyri-qanuni olaraq Laçın rayonunun Köhnəkənd kəndində 28 illik işğal müddətində qanunsuz olaraq məskunlaşmış 1 erməni ailəsi və Xocavənd rayonunun "Arşat" adlandırılan kəndində məskunlaşmış 2 erməni ailəsi köçürülüb.
Xatırladaq ki, Salatınkənd kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (erm. “kilsa yeri”) adlandırılmışdı. 1991-ci il yanvarın 9-da Milli Qəhrəman, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisi Böyük Qaladərəsi və Kirov(indi Kiçik Qaladərəsi) kəndlərində toplanmış erməni terrrorçuları tərəfindən edilən silahlı hücum nəticəsində məhz bu kəndin ərazisində qətlə yetirilib. Elə həmin il Azərbaycan parlamentinin qərarıyla bu kənd qəhrəman jurnalistimizin xatirəsinə Salatınkənd adlandırılıb.
Ancaq maraqlıdır ki, Şuşa Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində rayonun kəndləri haqqındakı məlumatda Salatınkəndin adı çəkilmir. Əvəzində Sarıbaba adı çəkilir. Vikipediya məlumatlarında isə hər iki kəndin adının əvvəllər ermənicə “Yextsahog” adlandırıldığı bildirilir. Lakin Sarıbaba kəndi haqdakı məlumatda o da qeyd olunur ki, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək Sarıbaba adlandırılmışdır
Məsələni Şuşa RİH-lə aydınlaşdırmağa çalışacağıq.