Braziliyada Ermənistana qarşı etiraz aksiyası keçirildi
Tarix: 10.06.2021 / 15:53 •
Oxundu: 130 dəfə •
Braziliyanın San Paolo şəhərində Ermənistana qarşı etiraz aksiyası keçirilib.
İDEAL Media.az xəbər verir ki, Braziliyanın San Paolo şəhərində yaşayan ictimai fəal Andreia Hirominin təşəbbüsü ilə Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Aksiyanın məqsədi Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.
Azərbaycan və Braziliyanın dövlət bayraqları ilə aksiyaya qatılan bir qrup San Paolo sakini azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər.
A.Hiromi bildirib ki, mina xəritələrini təqdim etməsi barədə Azərbaycanın israrlı tələblərinə Ermənistan məhəl qoymur. Aksiya iştirakçıları braziliyalıların Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bəyan ediblər.
Eyni zamanda Azərbaycana sevgisi ilə fərqlənən A.Hiromi və dostları terrorçu dövlət olan Ermənistanın yolverilməz davranışına etirazı əks etdirən posterlərin San Paolo şəhərinin ictimai yerlərində, o cümlədən Ermənistan konsulluğu qarşısında yerləşdirilməsi kampaniyasını gerçəkləşdiriblər. Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.