Qule: Fransa ermənilərdən bunu tələb etməlidir
Tarix: 05.06.2021 / 10:17 •
Oxundu: 130 dəfə •
Fransa ermənilərdən digər bu kimi faciəvi hadisələrin qarşısının alınması üçün minalanmış ərazilərin xəritəsini tələb etməlidir.
İDEAL Media.az xəbər verir ki, bu barədə öz Tvitter səhifəsində Fransa Senatının üzvü Natali Qule bildirib.
"Kəlbəcərdə mina partlayışı səbəbindən həlak olmuş jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun vəfatı ilə əlaqədar onların ailələrinə və Azərbaycanlı dostlarıma başsağlığımı bildirirəm", - Qule qeyd edib.
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.