Bu gün:


Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

Tarix: 13.06.2021 / 08:31  •   Oxundu: 140 dəfə  •  

Rusiya Prezidenti Vladimir Putin COVID-19-a qarşı peyvəndin ikinci dozasını vurdurduqdan sonra temperaturunun yüksəldiyini açıqlayıb.

Bu barədə “RİA Novosti” yazıb.

“İkinci iynədən 12 saat keçdikdən sonra temperaturum bir qədər (37,2) yüksəldi. Ancaq bu gecə oldu. Səhər oyananda artıq heç nə yox idi”, - deyə V.Putin bildirib.