Bu gün:


Azərbaycanlı müğənni XTQ gizirinin üzüyünü geri qaytardı

Tarix: 14.06.2021 / 15:47  •   Oxundu: 794 dəfə  •  

Bir müddət öncə ona efirdə evlilik təklif edən XTQ giziri ilə nişanlanan Nigar Şabanova gözlənilməz qərar verib.

O, nişan üzüyünü qaytarıb. Sənətçi bu barədə "MTV Azərbaycana"a danışıb. O qarşı tərəflə xasiyyətlərinin uyğunlaşmadığını bildirib. Beləliklə, ayrılmağı qərara alıb. Hərbçinin isə bu ayrılığa razı olmadığı xüsusi vurğulanıb.