Mustafa Şentop: “Ermənistan artıq qlobal problemdir”
Tarix: 11.10.2020 / 18:30 •
Oxundu: 91 dəfə •
“Ermənistan artıq qlobal problemdir”.
idealmedia.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Moskvada atəşkəs qərarına baxmayaraq, Ermənistan mülki insanları hədəf alan hücumlarına davam edir: “Bu hücumlar birbaşa mülki əhalini hədəf aldığı üçün müharibə cinayətləridir, mühakimə edilməlidir”.