Bu gün:


Saakaşvili: İlham Əliyev təyyarədə mənə dedi ki...

Tarix: 19.06.2021 / 10:23  •   Oxundu: 181 dəfə  •  

Gürcüstanın keçmiş prezidenti, indi Ukrayna siyasətində olan Saakaşvili deyir:

“Mən İlhamla (İlham Əliyev - red.) onun təyyarəsində Strasburqdan uçdum. Avropa Şurasında birgə çıxış etmişdik. Təyyarə Qara dəniz sahili üzərində uçdu. Mən ondan Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin Abxaziya üzərindən endirilməsini xahiş etdim. Abxaziya üçün darıxmışdım, ailəm oradandır. Və o dedi: “Bilirsən, Mişa, həm bizim, həm də sizin üçün bir neçə illik sual. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...”

Söhbət təbii ki, Qarabağ və Abxaziyadan gedir. Saakaşvilidən fərqli olaraq, Əliyev, Gürcüstandan fərqli olaraq, Azərbaycan nəticə əldə etdi, qazandı. Ona görə yox ki, Abxaziya məsələsində tərəf Rusiya, Qarabağ məsələsində tərəf Ermənistandır (Rusiya hər iki məsələdə, MDB-dəki bütün münaqişələrdə tərəfdir), ona görə ki, Saakaşvili Qərbə inandı, ona görə ki, Əliyev daha ağıllı idi və Qərbin bəyanatlardan başqa heç nə verməyəcəyini bilirdi, Gürcüstanın beş günlük müharibəsi, Ukraynanın yaşadıqları bunun ən bariz nümunəsidir.

Əliyev nə etdi?

- Qarabağ münaqişəsini onu yaradanın – Rusiyanın əli ilə həll etdi, hətta bu gün ermənilərin yaşadığı ərazilərlə bağlı məsələ açıq qalsa belə, münaqişənin bitdiyi məsələsində Moskva Bakı ilə razılaşır;

- Türkiyəni bölgəyə gətirməklə Rusiyanın qarşısında alternativ yaratdı;

- Və Şuşa Bəyannaməsinə imza atmaqla bölgədəki bütün oyunçuları “ofsayta” saldı;
Əliyevin təyyarədə Saakaşviliyə dedikləri çox şeyi ifadə edir.