Bu gün:


Dağıstandan Bakıya aviareyslər açılır

Tarix: 20.06.2021 / 08:35  •   Oxundu: 101 dəfə  •  

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakıya reyslər həyata keçirəcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə Mahaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-ə nəzərdə tutulub. Biletlər artıq satışdadır.

Mahaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVİD-19 testinin cavabını təqdim etməlidirlər.