Bu gün:


Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər.

Tarix: 23.11.2020 / 16:10  •   Oxundu: 102 dəfə  •  

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.Noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.
Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də, koronavirus testindən keçərək, mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.