Bu gün:


Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş

Tarix: 23.06.2021 / 17:58  •   Oxundu: 288 dəfə  •  

Azərbaycanın bir müddət öncə Ermənistana təhvil verdiyi 15 əsirdən biri Qarabağdakı 44 günlük müharibə zamanı ermənilərin qəhrəmanlaşdırdığı topçu Albertin əmisi oğludur.
 
Albertin əmisi oğlu Erik Gasparyan artıq 10 gündür vətənindədir.
 
Bu barədə Albertin atası Artak Ovannisyan Facebook səhifəsində yazıb.
 
“Erik Albertlə birlikdə 2020-ci ildə döyüş əməliyyatları başlayanda Cəbrayıldakı hərbi hissədə idilər.
 
Sonaralar Albert döyüşərək öldü, Erik isə əsir düşdü”,-deyə Artak Ovannisyan bildirib .
 
"Biz Eriki çoxdan axtarırdıq və onun əsirlikdə olmasına dair faktlar ortaya çıxanda Albertlə əmioğlu olmasını bildirmədik, təhlükəsizliyi üçün qəsdən susduq”.
 
Xatırladaq ki, 12 iyun tarixində rəsmi Bakı Ağdam bölgəsindəki minalanmış ərazilərin xəritələri müqabilində 15 erməni hərbçisini ölkəsinə geri qaytarıb.
 
Topçu Albert Ovannisyan 44 günlü müharibə zamanı Yerevanda "erməni əsgərinin rəşadətinin simvolu"na çevrilmişdi. 
 
2020-ci ilin oktyabrında Azərbaycan hərbçiləri Albert Ovannisyanı məhv ediblər.
 
Albertin Azərbaycan Ordusu tərəfindən məhv edilməsi erməni hərbçilər və mülki əhali arasında ruh düşkünlüyünü bir qədər də artırmışdı.