Bu gün:


Qaribaşvili: Müsəlmanlar üçün çox işlər görmüşəm

Tarix: 26.06.2021 / 19:28  •   Oxundu: 124 dəfə  •  

Gürcüstanda uzun illərdir qeydiyyata alınmayan məscidlərlə bağlı problemlər həll olunacaq. Hökumət ölkədəki bütün qeydiyyatsız məscidləri qanuniləşdirməyi planlaşdırır.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

Onun sözlərinə görə, ölkənin müsəlman icmasını narahat edən digər cari məsələlərin də həlli nəzərdə tutulub.

Müsəlman icması ilə dostluq münasibətlərinin olduğunu vurğulayan İ.Qaribaşvili deyib:
“Müsəlmanlara göstərdiyim dəstək sayəsində konkret nəticələr əldə etmişəm. İlk dəfə baş nazir olduğum dövrdə müsəlman icmasına yalnız sözdə deyil, əməldə də maksimal dəstək göstərmişəm. Onlar üçün çox işlər görmüşəm və bunu davam etdirəcəyəm”.