Bu gün:


Prezidentə hücumla bağlı məlumat verənə 796 min ödəniləcək

Tarix: 27.06.2021 / 09:04  •   Oxundu: 113 dəfə  •  

Kolumbiya hakimiyyəti Prezident İvan Dukenin olduğu helikopterə hücum edənlər barədə məlumat verənlərə 796 min dollar ödəməyə hazırdır.

İDEAL Media.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Dieqo Molano deyib.

Qeyd edək ki, hadisə cümə günü baş verib. Naməlum şəxslər Kolumbiya prezidenti, milli müdafiə naziri və daxili işlər nazirinin olduğu helikopterə atəş açıb. Hadisə zamanı heç kim zərər görməyib.