Bu gün:


Şəhidlərimizlə vida mərasimi keçirilir

Tarix: 29.06.2021 / 16:31  •   Oxundu: 168 dəfə  •  

Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Coşqun Çingiz oğlu Zeynallı və əsgər Orxan Elxan oğlu Rəhimlinin nəşi Sumqayıt şəhərində yaşadıqları ünvanlara gətirilib.

Hazırda hərbçilərlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidlərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhidlər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.