Bu gün:


Fulya CNN-dən istefa verdi

Tarix: 29.06.2021 / 16:55  •   Oxundu: 164 dəfə  •  

"CNN Türk"də müxbir və kəşfiyyat rəisinin köməkçisi vəzifəsində çalışan reportyor Fulya Öztürk işindən istefa edib.

Bundan sonra Öztürk həftənin 5 günü FOX TV-də intellektual verilişin aparıcılığını edəcək.

O bildirib ki, yeni kanalda da ölkəmizə dəstək olmağa davam edəcək:
“Həftənin 5 günü canlı veriliş aparacağam. İnsanlara dəstək ola biləcəyim bir verilişdir. Çox sevdiyim "CNN Türk"dən ağlaya-ağlaya ayrıldım. Ora evimdir. Bu, başqa bir formatda olacaq. FOX TV çox gözəl kanaldır. Yeni kanalda da Azərbaycanın yanında olacağam”.