Erməni general: "Mən dövlət sirrini yaymamışam"
Tarix: 01.07.2021 / 15:13 •
Oxundu: 74 dəfə •
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, hərbi nəzarət xidmətinin sabiq rəhbəri, general Movses Akopyan dövlət sirrini yaymadığını iddia edib.
O, bu barədə “Sputnik Armeniya”ya bildirib.
“Mən nə dediyimi bilirəm. Mənim sözlərimdə heç bir dövlət sirri və şərh ediləcək bir məsələ də yoxdur”, - Akopyan deyib.
O, hazırda Qarabağdadır və müstəntiqlər çağırsa, gedəcəyini vurğulayıb.
Bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti general Akopyana dövlət sirrini yaydığına görə ittiham irəli sürüb və təqsirli şəxs qismində cinayət işinə cəlb edib. O, ittihamı qəbul etməyərək qeyd edib ki, istintaq prosesini gözləyəcək.
Qeyd edək ki, separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyan 2020-ci il noyabrın ortalarında istefa verib. O, həmin ayın 19-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Qarabağda “İskəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz. O, “Su-30 CM” çoxməqsədli qırcıların alınmasını mənasız adlandırmışdı.
A.Movsesyan Ermənistan hakimiyyətinin hərbi texnika alınması planını da tənqid etmişdi. O, alınan hava hücumundan müdafiə sistemlərinin yararsız olduğunu söyləmişdi.