Bu gün:


Çexiya və Danimarka milliləri Bakıda

Tarix: 02.07.2021 / 09:38  •   Oxundu: 56 dəfə  •  

Futbol üzrə Çexiya millisi Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.

İDEAL Media.az xəbər verir ki, axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Bakı Hava Limanına çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub. Bundan başqa, Danimarka millisi də artıq paytaxtımızdadır.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.