Həftəsonu ictimai nəqliyyat qadağası ləğv edilir? - açıqlama
Tarix: 02.07.2021 / 16:19 •
Oxundu: 152 dəfə •
Həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa uzun müddətdir ki, davam edir. Son günlərdə yoluxma sayındakı azalmaları nəzərə alaraq, yaxın zamanda bu qadağa ləğv oluna bilərmi?
İDEAL Media.az bildirir ki, mövzu ilə bağlı deputat Razi Nurullayev açıqlama verib:
"Artıq koronavirus infeksiyasına yoluxan şəxslərin sayı gün-gündən azalır. Hazırkı məhdudiyyətlərin aradan qaldırılması üçün yoluxma tendensiyası azalmalı və ölənlərin sayı 0-a düşməlidir. İnam yaranmalıdır ki, Azərbaycanda aktiv təhlükəli xəstə yoxdur. Düşünürəm ki, o zaman bununla bağlı konkret danışmaq olacaq. Son günlərdə vaksin olunanların sayı 80 mini ötüb. Bu, çox sevindirici bir rəqəmdir. Belə çıxır ki, 10 gün ərzində 1 milyon insan artıq vaksin olunacaq. Biz iyulda xeyli irəliləyişə nail ola bilərik. Mənim gözləntim ondan ibarətdir ki, avqust ayında bu qadağalar da aradan qaldırıla bilər".