Bu gün:


Pakistan PUA almaq üçün Türkiyə ilə danışıqlar aparır... - Hindistan mediası təlaşla yazır

Tarix: 08.07.2021 / 17:58  •   Oxundu: 120 dəfə  •  

Pakistan Türkiyədən "Bayraktar TB-2" PUA-ları almağı planlaşdırır. Rəsmi İslamabad Ankara ilə onsuz da güclü olan müdafiə sənayesi sektorundakı işbirliyini daha da dərinləşdirmək və regional məsələlərdə birgə hərəkət etməyi hədəfləyir.
 
Hind mətbuatının yazdığına görə, Türkiyə ilə Pakistanın əməkdaşlığının güclənməsi Hindistanda əndişəyə səbəb olub.
 
"Hindistan təhlükəsizlik xidməti qaynaqları Azərbaycanın ötən il Ermənistanı yenməsinə yardımçı olan "Bayraktar TB-2" PUA-larının Pakistana tədarükü ehtimalı, ortaq müdafiə projeləri, Əfqanıstandakı işbirliyi və Pakistana gələcək daha çox Türkiyə sərmayəsindən narahat olduqlarını açıq dilə gətirirlər. Pakistanın Səudiyyə Ərəbistanı və BƏƏ ilə əlaqələri zəifləyir. Türkiyə yaranan boşluğu doldurmaq istəyir və bu səbəbdən bölgədə oynanan daha geniş oyunun bir hissəsi olaraq Pakistana yaxınlaşır.
 
Kardeş ülke Türkiye'den SİHA almak için harekete geçti
Türkiyə son illər daxili müdafiə sənayesi, dron texnologiyası, hərbi gəmilərin dizaynı və inşasında ciddi bir üstünlüyə sahib olub. Artıq Pakistan Türkiyədən PUA-lar almaq üçün danışıqlar aparır. Hər şey Pakistanın qarşılığında Türkiyəyə nə təklif etməsindən aslı olacaq", deyə Hindistanın "ThePrint" media orqanı yazıb.
 
"ThePrint"ə danışan Hindistan Aviasiya Araşdırmaları Mərkəzinin (CAPS) baş direktoru, vitse-admiral Anil Chopra, "Pakistan və Türkiyənin mədəni, tarixi və hərbi əlaqələri var", deyib. O, Pakistan və Türkiyə Silahlı Qüvvələrinin bir çox ortaq hərbi təlim təşkil etdiklərini də xatırladıb. Anil Chopra həmçinin, Türkiyənin "Bayraktar"lardan tək Qarabağda deyil, həmçinin Suriya və Liviyada da istifadə etdiyini bildirib.
 
Adının çəkilməsini istəməyən hindistanlı təhlükəsizlik mütəxəssisi isə, "Türkiyə, Pakistan və Çin arasında üçbucaq əmələ gəlir. Bu ölkələrin heç biri Hindistanla həqiqətən dost deyil və bu səbəbdən üçünün birləşməsi Hindistana zərər verir", deyib.
 
Hindistan mediası yazır ki, Pakistan Türk pilotsuz təyyarələrini əldə etməyi bacararsa, bu ölkənin imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Türkiyə bu günə qədər "Bayraktar TB-2"-ni Azərbaycan, Polşa, Ukrayna və Qətərə satdı. Albaniyaya da PUA-ların satışı ilə bağlı danışıqlar aparır.