İtaliya Avropa çempionu oldu
Tarix: 12.07.2021 / 09:14 •
Oxundu: 81 dəfə •
Futbol üzrə Avropa çempionatında qalib müəyyənləşib.
İDEAL Media.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib.
Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.
İngiltərə isə tarixində ilk dəfə çıxdığı finalda məğlub olub.
Qeyd edək ki, Avro-2020 Bakı da daxil olmaqla Avropanın 11 şəhərində keçirilib.