Məktəblilərimizin “Qarabağ Azərbaycandır!” beynəlxalq turnirində uğuru
Tarix: 07.12.2020 / 14:30 •
Oxundu: 118 dəfə •
5-6 dekabr 2020-ci il tarixlərində Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turnirə yekun vurulub.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, turnirdə Avropanın 15, Asiyanın 13, Afrikanın 1, Şimali Amerikanın 1, Cənubi Amerikanın 3 olmaqla ümumilikdə 33 ölkədən 160 iştirakçı, o cümlədən dünyanın 17 yaşadək top şahmatçılarından 5 Beynəlxalq Qrossmeyster, 10 Beynəlxalq Usta, 17 FİDE Ustası, 26 Ustalığa Namizəd mübarizə aparıb.
Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri olmaqla ümumilikdə 51 şahmatçı təmsil edib.
17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışın qalibi həmyerlimiz Xəzər Babazadə olub.
O, turnirin final mərhələsində 11 oyundan 8,5 xal toplayaraq I yeri tutub. II yerə 17 yaşadək şahmatçılar arasında dünyanın ən yüksək reytinqli şahmatçısı, Özbəkistan təmsilçisi Nodirbek Abusattarov, III və IV yerlər üzrə eyni xal toplamalarına baxmayaraq, əlavə əmsallara görə III yerə belaruslu şahmatçı Denis Lazavik, IV yerə həmyerlimiz Əhməd Əhmədzadə layiq görülüb.
Turnirin əsasnaməsinə uyğun olaraq “Ən yaxşı azərbaycanlı oyunçu” nominasiyasında I yerin sahibi (ümumi hesabda VI) Aydın Süleymanlı, II yerin sahibi (ümumi hesabda IX) Məhəmməd Muradlı, III yerin sahibi (ümumi hesabda XV) Şiroğlan Talıbov olub. 12 yaşadək şahmatçılar arasında Türkiyə təmsilçiləri Ediz Gürəl I, Bora Yarar II, həmyerlimiz Cahandar Azadəliyev III yeri tutub. Qızlar arasında Qazaxıstan təmsilçisi Assel Lezbekova I yerə, həmyerlimiz Mələk İsmayıl II yerə, Gürcüstan şahmatçısı Pipiya Yekaterina III yerə layiq görülüb.
Turnirin əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.