Bu gün:


Blinken: Əgər Rusiya etməsə, onda biz cəzalandıracağıq

Tarix: 14.07.2021 / 10:06  •   Oxundu: 195 dəfə  •  

ABŞ açıq şəkildə bildirdi ki, Moskva tədbir görməzsə, Vaşinqton Rusiya ərazisində hakerlərə qarşı addımlar atacaq.

İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Rusiya ilə qarşılıqlı əlaqələrdə bizim mesajımız aydındır: Kibercinayətkarların sığındığı ölkələr tədbir görməyə cavabdehlik daşıyırlar. Əgər onlar etməsə, biz edəcəyik”, - deyə Blinken bildirib.