Bu gün:


Paşinyan: "Bakı bizi yenə blokadada saxlamaq istəyir"

Tarix: 15.07.2021 / 14:23  •   Oxundu: 189 dəfə  •  

Azərbaycan hökumətinin mövqeyi göstərir ki, onlar regional kommunikasiyaları açmaq istəmirlər və Ermənistanı blokadada saxlamaq niyyətindədirlər.
 
İDEAL Media.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
 
O, guya Azərbaycanın sülh prosesini dağıtmaq istədiyini iddia edib:
 
“Onların məqsədi Ermənistanın blokadasını davam etdirməkdir. Lakin biz üçtərəfli qrupda işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq, rusiyalı və beynəlxalq tərəfdaşlarımızın köməyi ilə əlaqələrin açılmasına nail olaq”.