Bu gün:


Şəhriyar Məmmədyarovu yalnız qoyan baş bankirin Şahmat Federasiyasında nə işi var?

Tarix: 18.07.2021 / 09:37  •   Oxundu: 132 dəfə  •  

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
 
Ötən gün 4 şahmatçımız yarışda mübarizə aparıb. Əvvəlki iki partiyanı heç-heçə ilə başa vuran Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sərkisyan, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke, Gülnar Məmmədova isə gürcüstanlı Lela Javakişviliyə tay-brekdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.
 
Qeyd edək ki, bundan əvvəl Günay Məmmədzadə rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
 
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.
 
Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycanın çörəyinə qarşı nankorluq etdiyinə görə erməni Harri Kasparovu yaxşıca cəzalandıraraq dünyaca rüsvay edən Şəhriyar Məmmədyarova qarşı Azərbaycan Şahmat Federasiyası rəhbərliyinin ögey münasibəti ölkə şahmatsevərlərinin qəzəbinə səbəb olub. Bildirilir ki, 44 günlük bənzərsiz savaş strategiyası ilə dünyaya səs salan ordumuzun ardından azərbaycanlı şahmatçının intellektual savaşda da ölkəmizin adını zirvələrə daşımasına baxmayaraq federasiyanın rəhbəri Elman Rüstəmovun yarıtmaz idarəçiliyi üzündən Şəhriyar beynəlxalq turnirlərə və belə deyək ki, döyüş meydançalarına tək-tənha getmək məcburiyyətində qalır. Onunla üz-üzə gələndə tir-tir əsən rəqiblərinin yanında az qala 3-4 məşqçi və digər "əsabə"lər olmasına baxmayaraq federasiyadan kimsə Şəhriyarı tək buraxmamaq məsuliyyəti hiss etmir. Görünür, baş bankirin başı o qədər qarışıqdır ki, federasiyaya rəhbərlik məsiliyyətini unutmağa başlayıb. Ümid edirik ki, prezident İlham Əliyev tezliklə onu bu məsuliyyətdən azad edəcək və Elman Rüstəmovu pulunu bir daha saymağının dalınca göndərəcək. Ölkənin çoxmilyonlu şahmatsevərləri Elman Rüstəmovun limitinin tükəndiyi qənaətindədir, görək ölkə rəhbərliyinin limiti hara qədərdir...