Bu gün:


Əfqanıstanda hərbi bazaya hücum - yaralananlar var

Tarix: 03.11.2020 / 12:03  •   Oxundu: 140 dəfə  •  

Əfqanıstanın Kunduz əyalətindəki hərbi bazaya hücum nəticəsində hərbçilər də daxil olmaqla 24 nəfər yaralanıb.
Bbu barədə yerli xəstəxananın həkimlərindən biri “RİA Novosti”yə bildirib.
Bildirilib ki, hadisə noyabrın 3-də İmam Şahib rayonunda baş verib. Məlumata görə, hərbi hissənin yaxınlığında minalanmış avtomobil partlayıb. Bundan sonra hərbçilərlə silahlılar arasında atışma olub.
Həkim bildirib ki, yaralılardan 14-ü hərbçi, 10-u dinc sakindir.
Hücumun məsuliyyətini hələ ki heç bir silahlı qruplaşma üzərinə götürməyib.