RƏSMİ MƏLUMAT-Ermənilər Tərtərə üç qadağan olunmuş fosfor mərmisi atdı
Tarix: 03.11.2020 / 15:42 •
Oxundu: 135 dəfə •
“Ermənistan qadağan olunmuş fosfor silahlardan istifadə edir. Oktyabrın 8-də АNAMA Tərtər ərazisində fosfor mərmisinin düşdüyü məntəqəni müəyyən edib”.
Bu haqda bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, bildirib ki, Ermənistan fosfor silahlarından geniş şəkildə istifadə edir.
Onu da əlavə edib ki, dəqiq kəşfiyyat məlumatlarına əsasən, Ermənistan tərəfindən Xocavənd istiqamətinə fosfor məmulatları gətirilib.
ANAMA tərəfindən verilən son məlumata görə, Tərtər rayonunda üç fosfor mərmisi düşən məntəqə müəyyən edilib. Onların bir çoxu əkin sahələrinə düşüb. Ekspertiza göstərir ki, yumşaq torpaq səthinə düşən mərmilər bir çox hallarda partlamır və torpağı dəlib altına keçirlər. Belə olan hallarda da onların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Ağ fosfor tərkibli silahların tərkibi insan sağlamlığı üçün ciddi təhlükədir.
Həmçinin H.Hacıyev qeyd edib ki, ağ fosfor tərkibli silahlar tənəffüs və həzm yolları ilə bədənə daxil olduqda zəhərləyici gücə malikdirlər.
"Ağ fosforlu silahlardan istifadə edilməməsi BMT-nin 1980-ci il adi silahların konkret növləri haqqında konvensiyasının alışdırıcı silahların istifadəsi haqqında məhdudiyyətlərə dair 3-cü protokolu ilə təsdiq olunub" - deyərək Prezidentin köməkçisi fikirinə aydınlıq gətirib.