Bu gün:


Fəxrəddin Altun : “Fransa islamofobiyanı qanuniləşdirdi...”

Tarix: 28.07.2021 / 08:58  •   Oxundu: 96 dəfə  •  

“Fransa parlamentinin mübahisəli qanun layihəsini qəbul etməsi müsəlmanları və digər dini azlıqları daha da marginallaşdıracaq”. 
 
İDEAL Media.az Türkiyənin “Cümhuriyet” nəşrinə istinadla xəbər verir ki,  bu fikri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün “Twitter” səhifəsində yazıb. 
 
Altun Fransa hakimiyyətini  bu günlərdə qəbul edilmiş separatizmə qarşı mübarizə barədə qanun layihəsinin azadlıq, bərabərlik və qardaşlıq prinsiplərinə zidd olmasına görə günahlandırıb. O, hesab edir ki, bəhs edilən qanun dini azlıqların həyat tərzinə müdaxiləni artırır və "islamofobiyanı qanuniləşdirir."  Türkiyə liderinin sözçüsü Avropada müsəlmanlara qarşı hücumların sayının artması ilə əlaqədar Avropa hakimiyyət orqanlarının böyük məsuliyyət daşıdığını da xatırladıb. F.Altun əlavə edib ki, Türkiyə qanun layihəsi ilə bağlı hər şeyi yaxından izləyəcək.