Bu gün:


Kurt: Türkiyə bu ölkədə baş verənlərə səssiz qalmayacaq

Tarix: 28.07.2021 / 10:14  •   Oxundu: 89 dəfə  •  

Türkiyə mövqeyini qoruyur və böhranı ən az zərərlə və ən pis ssenarilər yaşanmadan aradan qaldırmağa çalışır.

İDEAL Media.az xəbər verir ki, bunu Tunisdəki son siyasi proseslərlə bağlı türkiyəli siyasi ekspert Veysəl Kurt bildirib.

"Bu münasibət həm prinsip etibarilə, həm də regional baxış və siyasi maraqlar baxımından düzgündür. Bu səbəbdən mövcud şərtlərdə Türkiyə böhranı azaltmaq üçün səy göstərməyə davam edəcək, ancaq prosesin açıq bir çevriliş və ya daxili müharibəyə çevrilməsi və ya regional maraqlarını təhlükə altına alacağı təqdirdə səssiz qalmayacaq", - Kurt vurğulayıb.

Qeyd edək ki, rəsmi Ankara Tunisdəki siyasi proseslərlə bağlı açıqlamasında demokratiyanı dəstəklədiyini və parlamentin buraxılmasını birmənalı qarşılamadığını bəyan edib.