Bu gün:


Ukrayna ordusu savaşa belə hazırlaşır

Tarix: 28.07.2021 / 16:06  •   Oxundu: 170 dəfə  •  

Lvov bölgəsində yerləşən Yavoriv poliqonunda ABŞ, Polşa, Litva və Ukraynanın hərbi personalının iştirakı ilə "Üç Qılınc - 2021" beynəlxalq hərbi təlimləri keçirilir. Dördmərhələli təlim iyulun 17-dən başlayıb və cari ayın 30-dək davam edəcək.

İDEAL Media.az xəbər verir ki, təlimə 1200-dən çox hərbçi və 200-ə yaxın hərbi texnika cəlb olunub.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, təlimlərin məqsədi briqadaların hazırlıq səviyyəsini yoxlamaqdır.

Qeyd olunur ki, təlimlər yalnız müdafiə xarakteri daşıyır.