Bu gün:


Zelenski Putinə cavab verdi...

Tarix: 28.07.2021 / 16:51  •   Oxundu: 166 dəfə  •  

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukrayna haqqında məqaləsinə cavab verib.

İDEAL Media.az xəbər verir ki, Zelenski Kiyev Rus dövlətini Ukrayna tarixinin anası adlandırıb. O, Ukraynanın orta əsr Avropasının ən güclü dövlətlərindən birinin varisi olduğunu deyib:
“Bunu tarixi traktatlarla, məqalələrlə təsdiqləməyə ehtiyac yoxdur. Ona görə ki, bizim sübutlarımız kağızda yox, metalda və daşlardadır. Miflərdə və əfsanələrdə yox, şəhərlərimizdə və küçələrimizdədir”.