Bu gün:


Antalyada güclü yanğın başladı

Tarix: 28.07.2021 / 17:52  •   Oxundu: 107 dəfə  •  

Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində meşəlik ərazidə yanğın başlayıb.

İDEAL Media.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın küləyin də sürəti ilə şəhər mərkəzinə doğru böyüyür.

Yanğının söndürülməsi üçün xeyli texnika, 412 canlı qüvvə və 19 helikopter cəlb edilib.

Yaxınlıqda yerləşən sakinlərin ərazidən təxliyəsinə başlanılıb.