Rusiyalı ekspert: “Qarabağın bərpası Azərbaycan iqtisadiyyatının inkişafı üçün ciddi stimul olacaq”
Tarix: 04.11.2020 / 14:19 •
Oxundu: 161 dəfə •
Qarabağda müharibə davam edir. Bir neçə rayon, 200-dən çox yaşayış məntəqəsi azad edilib, bəzilərində artıq yenidənqurma işləri başlayıb. Məsələn, Tərtər bölgəsinin Suqovuşan və Talış kəndlərində 29 kilometr uzunluğunda magistral yolların yenidən qurulması işləri davam etdirilir. Hətta İİR Prezidentinin xüsusi elçisi Abbas Əraqçı İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində aparılacaq bərpa işlərinə böyük maraq göstərdiyini vurğulayıb.