Bu gün:


Ermənistan “özünümüdafiə hüququ” haqda BMT TŞ sədri Nikola müraciət etdi...

Tarix: 31.07.2021 / 08:39  •   Oxundu: 140 dəfə  •  

“Məktub Təhlükəsizlik Şurasının digər üzvlərinə də göndərilib və tezliklə BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq...”
 
Həyasızcasına  Azərbaycanı öz ərazisinə “təcavüz”də günahlandıran  rəsmi İrəvan BMT Təhlükəsizlik Şurasının fransız sədrinə müraciət edib.
 
İDEAL Media.az xəbər verir ki, bu haqda işğalçı ölkə mediası məlumat yayıb.
 
“Ermənistan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququnu həyata keçirməyə hazırdır”. 

Təcavüzkar Ermənistanın BMT-dəki Daimi Nümayəndəsi Mqer Marqaryanın 2021 -ci ilin iyulunda  BMT Təhlükəsizlik Şurasına sədrlik edən fransalı həmkarı Nikol de Rivyerə məktubunda belə deyilir.
 
Xəbərdə məktubun BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə də göndərildiyi və tezliklə BMT TŞ-nın rəsmi sənədi kimi dərc olunacağı bildirilir...