Çavuşoğludan yanğınlarla bağlı açıqlama
Tarix: 31.07.2021 / 11:55 •
Oxundu: 115 dəfə •
"Yanğın hazırda Manavqatın bəzi bölgələrində, xüsusilə də şimal hissəsində davam edir. Digər tərəfdən Aksekidə davam edən bir yanğın var. Hazırda başqa bir yanğın, Gündoğmuşda başlayıb. Bu gün vertolyotla oraları gəzən zaman gördük ki, yanğın Alanya sərhədinə doğru gəlir".
İDEAL Media.az xəbər verir ki, bu açıqlamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, "A Haber" in canlı yayımında,Türkiyədəki yanğınlarla əlaqədar son vəziyyəti qiymətləndirən zaman deyib. Yanğının bəzi bölgələrdə nəzarət altında olduğunu, ancaq küləyin təsiriylə istiqamətinin daim dəyişdiyini deyən Çavuşoğlu, bölgədə yanğınla mübarizədə son vəziyyətin əvvəlki gündən daha yaxşı olduğunu söyləyib.
Yanğınlarla bağlı hərtərəfli bir araşdırmanın davam etdiyini ifadə edən Çavuşoğlu, “Xalqımızın da, bizim də şübhələrimiz var. Manavqatda eyni vaxtda dörd yerdə yanğının başlanması təbii bir şey deyil. Amma bu araşdırmalar nəticəsində ortaya real bir şey çıxmadan “Elə oldu, belə oldu” ehtimalı ilə yanlış məlumat verməyimiz doğru olmaz” deyib. Nazir Çavuşoğlu, yanğından indiyə qədər 42 məhəllənin zərər çəkdiyini, 27 məhəllənin boşaldıldığını və 15 məhəllənin yanğında qismən zərər gördüyünü bildirib.
Çavuşoğlu, bölgədə zərərin qiymətləndirilməsi aparılarkən, digər tərəfdən vətəndaşlara xidmət göstərilməyə başlandığını da ifadə edib. Xaricdən Türkiyəyə yardım göndərmək istəyənlərin də olduğunu ifadə edən Çavuşoğlu, "Azərbaycandan 102 adam gəlir, bu gün gəliblər. Helikopterlər də daxil olmaqla bəzi texnikalar göndərmək istəyiblər, amma qurudan gələcəklər. Onlara da təşəkkür etdik" deyib.