Bu gün:


Brendlərindən milyonlar qazanan məşhurlar

Tarix: 01.08.2021 / 12:00  •   Oxundu: 139 dəfə  •  

Milyonlarla dollar sərvəti olan Hollivud ulduzları yalnız film və konsertlərdən deyil, eyni zamanda qurduqları biznesdən də gəlir əldə edirlər.
 
Öz kosmetika brendlərindən milyonlar qazanan məşhurları təqdim edirik:
 
1. Rihannanın sahibi olduğu "Fenty Beauty" kosmetika brendi 4 il ərzində ona 570 milyon dollar pul qazandırıb.
 
2. Aktrisa Cessika Alba "The Honest Company" baxım markasından 300 milyon dollar gəlir əldə edib.
 
3. Amerikalı model Kayli Cenner isə öz brendi olan "Kylie Cosmetics"dən 200 milyon dollar qazanıb.
 
4. Ledi Qaqa isə 2019-cu ildən sahibi olduğu "Haus Laboratories" kosmetika markasından 140 milyon dollar gəlir əldə edib.
 
5. Amerikalı müğənni-model Ceffri Star 7 ildir qurduğu "Jeffree Star Cosmetics" brendindən 106 milyon dollar mənfəət qazanıb.