FHN-in növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşüb
Tarix: 01.08.2021 / 15:22 •
Oxundu: 104 dəfə •
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.
