Kamran Əliyev deputatın polisi döyməyindən danışdı
Tarix: 03.08.2021 / 11:49 •
Oxundu: 163 dəfə •
Bu gün deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı Milli Məclisin növbədənkənar iclası keçirilir.
İDEAL Media.az xəbər verir ki, iclasda Baş Prokuror Kamran Əliyev də çıxış edib. Bildirib ki, təqdimatın ünvanlaması üçün kifayət qədər əsaslar olub:
“Təqdimata İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy verilib. Təqsirsizlik prezumpsiyasına toxunmadan bildirmək istəyirəm ki, bütün dünya təhlükəli olan COVİD pandemiyası ilə üzləşib. Azərbaycanda ölkə Prezidenti, bütün dövlət qurumları tərəfindən uğurlu siyasət aparılır. Mehriban xanımın da diqqət və qayğısı danılmazdır. Bu zaman Operativ Qərargahın rolu əhəmiyyət kəsb edir.
Bu sahədə çətin məsuliyyət DİN əməkdşalarının üzərinə düşür. Onlar da bu sahədə səmərəli fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus olan “Starıy dvor” restoranına gəlib və Mirzəyev Zaurun nə üçün həmin restorana gəlməsi, gecə 12-dən sonra restoranın işləməsinə irad tutulmasına görə sonradan polisin atası ilə əlaqə saxlayıb, görüşə çağırıb. Hüquqi tərəfdən isə biz artıq cinayət işi başlamışıq. 30 iyul tarixdə məlumat Baş Prokurorluğa məlumat daxil olub. Fakta görə cinayət işnin başlanması üçün kifayət qədər əsaslar olub. Ona görə də E. Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”.