Bu gün:


21 yaşlı Azranın qətlinə səssiz qalmadılar

Tarix: 03.08.2021 / 16:58  •   Oxundu: 129 dəfə  •  

21 yaşlı Azra Gülendamın vəhşicəsinə qətlə yetirilməsinə Türkiyənin məşhur simaları səssiz qalmayıb.

Müğənni Gülbən Ergen gənc qıza təcavüz edərək onu öldürən şəxsin fotosunu paylaşaraq bu sözləri yazıb.

"Universitet məzunu, varlı, insan görünüşlü şeytan, nə düzgün üzlü bir adam, elə deyilmi? Qıza təcavüz etdi, boğdu, parçalara böldü, paketlərə qoydu, məşəyə apardı, basdırdı. Qatil Mustafa Murat Ayhan.".

Aktrisa Ayşe Arman da gənc qızın həyatının belə sonlandırılmasına öz etirazını belə ifadə edib:
"Yetər, yetər! Avazım çıxdığı qədər qışqırmaq istəyirəm... Yorulduq, bitdik, tükəndik, dayanmağa gücümüz qalmadı... Nəyə üzüləcəyimizi, nəyə isyan edəcəyimizi bilməz olduq!

Antalyada 5 gündür itkin düşən jurnalistika fakültəsinin tələbəsi Azra Gülendam Haytaoğlu təcavüzə məruz qalaraq vəhşicəsinə öldürülmüş vəziyyətdə tapıldı. Daha 21 yaşında pırıl-pırıl gənc qız! Yenə alçaq bir hərif tərəfindən həyatdan qopardıldı...

Dindirilmədə etdiyi hər şeyi etiraf etdi. Azranın cansız bədəninə ülgüclə adını yazacaq qədər pislik, cani, azğın ... Bunu təsvir edəcək bir sifət tapa bilmirəm. İnsanın qanı donur. Uşaqlarımız, qadınlarımız yox olur, amma bu alçaq adamlar bitmir. Ölsünlər! Mən edama qarşıyam, amma artıq dünyanın belə pisliklərdən təmizlənməli olduğuna inanıram".

Müğənni Aynur Aydın isə olaya belə isyan edib:
"Yazıb-yazıb silirəm, nə desəm əksik qalır, həyatdan qopartdığınız bütün qadınlarımızın əli yaxanızda olsun, sizin zehniyyətiniz batsın!"