Bu gün:


Makron Paşinyana peyvənd göndərdi - 200 min doza

Tarix: 04.08.2021 / 09:35  •   Oxundu: 87 dəfə  •  

Fransa İrəvana 200 min dozada peyvənd göndərib.

“Ermənilər çox çətinliklər yaşayırlar. Həmrəylik və dostluq hissləri ilə deyirəm ki, Fransa hər zaman sizinlə olacaq. Fransa epidemiya ilə mübarizə üçün İrəvana 200 min dozada peyvənd göndərir. İnfeksiyanı birlikdə dəf edəcəyik "deyə Makronun tvitində qeyd edilir.

Qeyd edək ki, bu günə qədər Ermənistanda 230 min insan koronavirusa yoluxub. Onlardan 4 min 621 nəfər ölüb, 220 min 289 nəfər isə sağalıb.