Bu gün:


Rusiya: Türkiyənin S-400-lə bağlı mövqeyi...

Tarix: 05.08.2021 / 13:36  •   Oxundu: 150 dəfə  •  

Rusiya ilə Türkiyə arasındakı əməkdaşlığın bir çox qarşılıqlı faydalı mövzularda inkişaf etdiyini görməkdən məmnunuq.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Yuri Filipson deyib.

"Buraya hərbi-texniki sahədə əməkdaşlıq da daxildir. Birgə layihələrin həyata keçirilməsi, xüsusilə də 2019-cu ildə S-400 “Triumf” tipli hava hücumundan müdafiə sisteminin Ankaraya çatdırılması ölkələrimizin bu sahədə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək əzmini nümayiş etdirir. Bunun üçün önəmli bir potensial görürük. Xarici təzyiqlərə baxmayaraq, öz müdafiə bacarıqlarını təmin edən türk ortaqlarımızın münasibətini qiymətləndiririk", - Filipson bildirib.