Rafael Ağayev finala vəsiqə qazandı
Tarix: 06.08.2021 / 16:35 •
Oxundu: 112 dəfə •
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
İDEAL Media.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.
Beşqat dünya və onbirqat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn beşqat dünya və onbirqat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.