Bu gün:


FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb

Tarix: 08.08.2021 / 12:00  •   Oxundu: 117 dəfə  •  

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.
 
Yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.
 
Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.
 
Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir.