Almaniyanın kənd təssərüfatı sahəsində aparıcı markası hesab edilən Claas şirkətinin Azərbaycan nümayəndəliyi 9 noyabr Dövlət Bayrağı və Şuşa şəhərinin işğaldan azad edilməsi günü münasibətiylə Bakı şəhərinin mərkəzində Bayraq Aksiyası keçirib.
Aksiya zamanı şəhər sakinlərinə Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında məlumatların əks edildiyi flayerlər, əl bayraqları və Azərbaycan bayrağının əks edildiyi döş nişanları hədiyyə edilib.
Qeyd edək ki, Claas şirkətinin Azərbaycan nümayəndəliyi daim ölkəmizin milli maraqlarına öz töhvəsini verir. Bundan öncə şirkət Azərbaycan Silahlı Qüvvələri Yardım Fonduna 25 min manat pul köçürüb.
Sentyabrın 27-dən etibarən mütəmadi olaraq gündəlik əsaslarla Azərbaycan ordusuna və döyüş bölgəsi ərzasində yerləşən kəndlərə müxtəlif yardımlar göstərir. Eləcə də Almaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşan ekspertlərinin iştirakı ilə işğaldan azad edilən vətən torpaqlarının əkin prosesinə hazırlılığı sahəsində layihələrin müzakirəsinə start verib. Class şirkətinin Azərbaycan nümayəndəluyi böyük qürur hissi ilə, işğaldan azad edilən ərazilərdə müasir aqrar sektorun qurulmasında bütün texniki və digər resursları ilə aktiv rol oynayacaq.
Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!