Rusiyaya Tokioda medalların ¼-dən çoxunu müsəlman, türk əsilli idmançılar qazandırdı...
Tarix: 11.08.2021 / 09:46 •
Oxundu: 159 dəfə •
“Tokioda XXXII Yay Olimpiya Oyunları başa çatdı. Rusiya komandası 71 medal qazandı - 20 qızıl, 28 gümüş və 23 bürünc. Onlardan 19-u, yəni dörddə birindən çoxu müsəlman idmançılar tərəfindən qazanılıb”.
Bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
İslam ardıcılları ən böyük uğurlara sərbəst güləşdə imza atıblar. Belə ki, bu idman növündə 57 kq çəki dərəcəsində qızıl medalı kumık Zavur Uqyev qazanıb. Olimpiya çempionu 1995-ci ildə Dağıstan Respublikasının Xasavyurt kəndində anadan olub.
Digər bir Dağıstan əsilli Əbdülrəşid Sadulayev 97 kq çəki dərəcəsində çempion olub. Sadulayev 1996 -cı ildə Avar Dağıstan Respublikasının Çarodinsky rayonunun Tsurib kəndində doğulub. Əbdülrəşid ikiqat Olimpiya çempionudur və Tokio Olimpiadasının bağlanış mərasimində Rusiya Olimpiya Komitəsinin bayrağını daşıyıb.
Sərbəst güləşdə 74 kq çəki dərəcəsində daha bir qızıl medalı Şimali Osetiya əsilli Zaurbek Sidakov qazanıb.
Noqay Albert Batırgaziev 52 -57 kq çəki dərəcəsində boks üzrə Olimpiya çempionu olub. Albert 1998 -ci ildə Dağıstan Respublikasının Qemetyube kəndində doğulub.
Yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində Olimpiya çempionu Musa Yevloev 1993-cü ildə İnquşetiyada anadan olub.
81-91 kq çəki dərəcəsində boks yarışlarında gümüş medalı Rusiyaya Dağıstan əsilli Avar Müslüm Hacımaqomedov gətirib.
Həmçinin, müsəlman idmançılar güləşdə yeddi bürünc medal qazanıblar.
Türk, müsəlman əsilli idmançıları tərəfindən Rusiyaya digər 6 medal isə oxatma, qılıncoynatma, velosiped yarışları və digər idman növlərində qazanılıb.