Bu gün:


İmran Xan: “ABŞ 20 il Əfqanıstanda nə etdi ki, indi də nəsə eləsin”

Tarix: 12.08.2021 / 10:36  •   Oxundu: 165 dəfə  •  

“Taliban” iddia edir ki, Əşrəf Qəni Əfqanıstan Prezidenti olduğu müddətdə hakimiyyətlə danışıqlar aparmayacaqlar”.
 
“Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan İslamabadda bir qrup xarici jurnalistə müsahibəsində bildirib.
 
“3-4 ay bundan əvvəl “Taliban”ın yüksək vəzifəli şəxsləri Pakistana səfər etmişdi. Onlarla Əfqanıstan hakimiyyəti ilə danışıqların indiki vəziyyətini də müzakirə etdik. “Taliban” liderləri Əşrəf Qəni prezident olduğu müddətdə hakimiyyətlə danışıqlar aparmayacaqlarını bildirdilər”, - İmran Xan vurğulayıb.
 
Pakistanın hökumət başçısı bildirib ki, Əfqanıstan hakimiyyəti ABŞ-ı danışıqların davam etdirilməsinin vacibliyinə inandırmağa çalışır: “ABŞ 20 il burada oldu. 20 ildə nə etdi ki, indi nə eləsin?”.
 
İ.Xan deyib ki, ABŞ qüvvələri Əfqanıstan hakimiyyətini dəstəkləmək üçün “Taliban”ın mövqelərini havadan bombalayıb: “Avqustun 30-dan sonra bu dəstəyin davam edib, etməyəcəyi isə aydın deyil".
 
Hökumət başçısı ABŞ-ın ölkəsində baza yaratmasına da münasibət bildirib: "Əfqanıstandan çıxandan sonra ABŞ-ın Pakistanda hərbi baza saxlamasını istəmədiyimizi açıq şəkildə bildirmişik”.